Şuşa Rayon İcra Hakimiyyəti II Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Anım Günü toplantısı təşkil etmişdir.
Şuşa Rayon İcra Hakimiyyəti II Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Anım Günü toplantısı təşkil etmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri,şəhid ailələri, ziyalılar, vətən müharibəsi qaziləri iştirak etmişlər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 gün ərzində işğal altında olan Azərbaycan torpaqlarını azad edərək qəhrəmanlıq səlnaməsi yazmasının qururunu əbədi yaşayacağımızı diqqətə çatdırmışdır.Bayram Səfərov bildirmişdir ki, xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Daha sonra Şuşa rayonunun axundu Mirabdullah Həsənli şəhidlərimizin ruhuna fatihə surəsini oxumuşdur. Tədbirdə çıxış edən digər ziyalılar, şəhid ailələrinin üzvləri ,qazilər respublikamızın ərazi bütövlüyü uğrunda canından keçərək Şanlı tariximizi qanları ilə yazan şəhidlərimizin xatirəsinin daim dövlətimiz,xalqımız tərəfindən əziz tutularaq yad edildiyini, şəhid ailələrinin və qazilərin dövlətimizin diqqət mərkəzində olmasını qeyd etdilər. Sonra şəhidlərin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunmuş, Şuşa Rayon Dram Teatrının aktyorları qəhrəman oğulların şərəfinə şerlər söyləmişlər. Tədbir yekunlaşdıqdan sonra II Vətən müharibəsində şəhid olan igid oğullarımızın dəfn olunduğu Şəhidlər Xiyabanı tədbir iştirakçıları tərəfindən ziyarət olundu.