Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon sakinlərinin kompakt yaşayış yerlərində 27 sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

27 sentyabr 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş - Vətən müharibəsi şəhidlərinin 27 sentyabr Anım Günü ilə əlaqədar “Ramana-450” qəsəbəsində Şuşa Rayon İcra Hakimiyyətinin, Rayonun idarə,müəssisə və təşkilat rəhbərlərinin, ziyalıların,vətən müharibəsi iştirakçılarının və qazilərin, müəllim və şagirdlərin iştirakı ilə mövcud karantin rejiminin tələblərinə riayət olunmaqla Anım Günü  tədbiri  keçirilmişdir.Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı  cənab Bayram Səfərov vətən uğrunda canlarından keçən qəhrəman vətən övladlarının şücaətindən və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən  mövqeyinin  qələbəyə gətirib çıxarmasından danışmış, qanları ilə tarix yazan igidlərimizin  daim Azərbaycan xalqının qəlbində yaşayacağını bildirmişdir. Tədbirdə çıxış edən digər natiqlər bu qələbəyə Azərbaycanın güclü iqtisadiyyatı, ordumuzun rəşadəti, əsgər və zabitlərimizin vətənpərvərliyi, eyni zamanda, dövlət-xalq, Prezident-xalq həmrəyliyi sayəsində nail olduğumuzu vurğuladılar. Sonra Anım Gününə həsr edilən ağacəkmə aksiyasına start verildi.
    27 sentyabr Anım Günündə,  Vətən müharibəsində şəhid olmuş, Bakı, Bərdə,Mingəçevir, Beyləqan,Goranboy və Ağdam rayonlarında dəfn olunmuş  Şuşa rayonundan olan igidlərimizin məzarları həmin rayonlarda  məsunlaşmış Şuşa rayon sakinləri tərəfindən  edilmişdir.

 

 

 

Keçidlər