Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon Icra Hakimiyyəti və Rayon Mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə “Ramana -450” qəsəbəsində Novruz bayramı münasibətilə tədbir keçirilmişdir.

17 mart 2015 | 16:00

  Şuşa Rayon Icra Hakimiyyəti və Rayon Mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə “Ramana -450” qəsəbəsində Novruz bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai –siyasi və humaniytar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşmış, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərmişdir. Qədim köklərə və mənəvi qaynaqlara bağlı olan və ildən-ilə daha təntənə ilə qeyd edilən Novruz bayramı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi , 2010-cu ilin fevralında isə BMT Məclisinin 64-cü sessiyasının iclasında 21 mart Beynəlxalq Novruz günü elan edilməsi faktını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Bayram şənliyində bədii öz fəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirmiş, rəngarəng konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər