Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər Günüdür

08 noyabr 2021 | 16:00

Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. 8 noyabr Milli qürur, qələbə və zəfər bayramı kimi ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunur. Şuşa  Rayon İcra Hakimiyyəti bütün Azərbaycan xalqını o cümlədən bütün Şuşalıları bu tarixi gün münasibətilə təbrik edir.

Keçidlər