Şuşa rayonu üzrə 2015-ci ilin birinci rübünün yekunları müzakirə olunmuşdur
17 aprel 2015 - ci il tarixində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədirliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası və Şuşa Rayon İcra Hakimiyyətinin vəzifələri haqqında” Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək cari il aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının ölkəmizdə bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini diqqətə çatdırdı.
Məruzə ətrafında Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov, İcra Hakimiyyəti başçısının Şırlan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Hüseynov, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış etmişlər. Onlar öz çıxışlarında rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən danışmış, bundan sonra da bütün sahələrdə uğurla davam etdiriləcəyinə əminliklərini bildirmişlər.
Müzakirə olunan hər məsələ barədə qərar qəbul edilmişdir.