Şriftin ölçüsü :

Saytın rəngi :

19 Noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar YAP Şuşa rayon təşkilatı tərəfindən videokonfrans keçirilmişdir

19 noyabr 2021 | 16:00

19 Noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar YAP Şuşa rayon təşkilatı tərəfindən videokonfrans formatında  “Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan siyasi tarixinin ən parlaq səhifələrindən biridir” və “Nəsillərə nümunə olan şərəfli ömür yolu”  adlı konfrans keçirilib.
Tədbirdə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edildi.
YAP Şuşa  rayon təşkilatının sədr səlahiyyətlərini icra edən Təvəkkül Əliyev konfransı açıq elan edərək, təsis olunmasının 29-cu ildönümü münasibətilə partiya üzvlərini təbrik edərək, müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan partiyanın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulamışdır. 29 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. T.Əliyev  həmçinin bildirmişdir ki, bütün bunlar partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin uğurlu strategiyasının məntiqi nəticəsi idi. Bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlər qazanır.
Sonra Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, 24  saylı Ərazi Partiya Təşkilatının sədri Ramiq Məhərrəmov, Şuşa Humanitar Kollecin direktoru Rasim Mehdiyev, Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov çıxışlarında bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin  avanqard qüvvəsi kimi,  xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verməkdədir. Bu fəaliyyət bundan sonra da davam edəcək, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əməllərini yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, onun yolunun və ideyalarının davamçısı olacaq.

 

Keçidlər