Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon əhalisinin (COVID-19) infeksiyası əleyhinə üçüncü (buster) doza ilə peyvəndlənməsi prosesi uğurla davam etdirilir

26 noyabr 2021 | 16:00

   Pandemiyanın elan edildiyi vaxtdan bu günə qədər onunla mübarizədə fərqlənən, ona qarşı vaxtında və effektiv tədbirlər görən ölkələr sırasında Azərbaycan Respublikası da yer almışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müdriklik və uzaqgörənliklə həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ilk həmlələrindən xilas edə bilmişdir. Ölkəmizin bütün regionlarında olduğu kimi Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə  məqsədilə Şuşa  rayonu üzrə  əhalinin peyvənd olunması kampaniyası uğurla davam etdirilir. Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir.Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Vaksinin qüvvətləndirici üçüncü (buster) dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticisimlər koronavirusun ştamlarına qarşı güclüdür.Vaksinləşmə prosesinin mütəşəkkil keçirilməsi və artıq vaksinləşmə prosesinə cəlb olunan şəxslərin təcrübəsindən istifadə edərək koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə prosesə qoşulanların sayı günbəgün artır. Əhalinin vaksinləşmə prosesinə mütəşəkkil qaydada cəlb edilməsi məqsədilə vaksinasiya ilə bağlı maarifləndirmə  işləri aparılır. Şuşa Rayon  Poliklinikasında vaksinləşmə prosesi davam etdirilir.
       İki doza vaksindən sonra 3-cü (buster), yəni əlavə gücləndirilmiş dozanın vurulması  işini daha da asanlaşdırmaq üçün Şuşa rayon əhalisinin kompakt yaşadıqları ərazilərə səyyari həkim briqadası yollanılır,  tibb məntəqələrinin olmadığı ərazilərdə vaskinasiya  işi həyata keçirilir. Səyyari həkim briqadaları gələcəkdə də digər rayonların ərazisində tibb məntəqələrindən uzaq məsafədə məskunlaşmış rayon əhalisinin peyvənd olunması işini davam etdirəcəkdir.
      Əziz Şuşalılar, bu gün bəşəriyyəti cənginə alan koronavirus pandemiyası çox təhlükəli bəlaya çevrilib. İndi bütün dünya bu bəladan əziyyət çəkir. Dövlətimiz pandemiyaya qarşı mübarizədə olduqca önəmli tədbirlər həyata keçirir.Hər birimiz peyvənd olunmalığın vacibliyini dərk etməliyik. Peyvənd olunmağın alternativi yoxdur. Əvvəla, bununla ilk növbədə özümüzü yoluxmaq təhlükəsindən qoruyuruq, həm də yoluxacağımız təqdirdə onun yüngül ötüb keçməsini təmin etmiş oluruq. Peyvənd kampaniyası başlayan ilk gündən mütəxəssislər bildirirlər ki, heç bir şübhəli fikirləri yaxına buraxmadan, tərəddüd etmədən vaksin olunmaq lazımdır və hər birimizin və bütövlükdə bəşəriyyətin nicatı yalnız bundan asılıdır. Hazırkı dövrdə isə bizim üzərimizə düşən iş vaksinasiya prorsesinə aktiv qoşulmaqdır. Çünki bunsuz həyatımızın normala dönməyi mümkün deyil.

Keçidlər