Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən "Erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat və sağlamlığına təhlükəsi" mövzusunda videokonfrans formatında silsilə maarifləndirici tədbirlər keçirilmişdir
Şuşa Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və Şuşa Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 23 noyabr - 02 dekabr 2021 -ci il tarixlərində Şuşa rayon sakinlərinin məskulaşdığı respublikanın müxtəlif rayon, şəhər, kənd və qəsəbələrindən olan gənclərin,müəllim və valideyinlərin iştirakı ilə «İşıqlı gələcək naminə erkən nigaha yox deyək» , "Erkən nigaha və qohum evliliyinə son"“Biz gənclər erkən nikahlara yox deyirik” mövzularında videokonfrans formatında maarifləndirici təbliğat xarakterli tədbirlər keçirilimişdir. Keçirilən tədbirlərdə ümumilikdə 500 nəfərdən artıq gənc iştirak etmiş və erkən nikah və qohumlar arasında nikah halları aktual ailə problemlerindən biri olduğu qeyd olunaraq onların yarada biləcəyi fəsadlar, zərərli təsirləri barəsində geniş müzakirələr aparılmışdır.