Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anadan olmasının 60 illik yubileyi münasibətilə Şuşa Rayon İcra Hakimiyyətində “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin anadan olmasının 60 illik yubileyi münasibətilə Şuşa Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Şuşa Rayon Təşkilatı ilə birlikdə Şuşa Rayon İcra Hakimiyyətində “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş qısa videoçarx təqdim olunmuşdur. Tədbiri giriş sözu ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 illik fəaliyyətində Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirməsi, qısa müddətdə ölkəmizin hər tərəfli inkişafında mühim uğurların qazanılması, ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların daha da sürətləndirilməsindən danışmış,Şanlı Zəfəri xalqımıza bəxş edən Azərbaycan Respublikasının Prezidenti, MüzəffərAli Baş Komandan İlham Əliyevi 60 illik yubileyi münasibətilə bütün Şuşalılar adından təbrik etmişdir.Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyasının Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müaviləri Vüsalə Fətəliyeva və Əkbər Hacıyev, Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev,Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin direktoru Anar Əlizadə çıxışlarında Azərbaycanda son illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olunduğunu vurğulamış, ölkə başçısını 60 illik yubileyi münasibəti ilə ona cansağlığı, uzun ömür, çətin və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulamışlar. Sonra məktəblilər Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş şerlər və mahnılar səsləndirmişlər.Tədbirin sonunda Respublika Uşaq Formunda Şuşa rayonunu layiqincə təmsil etmiş məktəblilərə Sertifikatlar təqdim edilmişdir.