İntellektual bilik yarışması.
09 aprel 2015-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın Əməkdar elm xadimi, tibb elimləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş "Qələbəyə doğru" intellektual bilik oyununda məktəbin altı nəfər aşağıda adları qeyd olunan şagirdləri iştirak etmişlər:
Məmmədov Yasin Zahid oğlu "IX" sinif, Teymurov Əmrah Sabik oğlu "IX" sinif, Alxanov Rövşən İsrail oğlu "X"a sinif, Tağızadə Aytac Adil qızı "X"a sinif, Mirzəyeva Gülnarə Rövşən qızı "X"b sinif və Həsənov Ağəli Tahir oğlu "XI" sinif.
Bu bilik oyununda məktəbin komandası fəal iştirak etmiş və üçüncü yerə çıxmışlar. Komandaya rəhbərlik isə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Hafiz Quliyevə tapşırılmışdır.