Şuşa rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və müəssisə rəhbərləri Şəhidlər Xiyabanına gələrək 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etdilər
2022-ci il yanvar ayının 20-də Şuşa rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və müəssisə rəhbərləri Şəhidlər Xiyabanına gələrək 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmişlər. Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Bu gün isə bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.