Milli Məclis Şuşa Bəyannaməsini təsdiqlədi
01 fevral 2022 | 16:00
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Deputatlar sənədin ratfikasiya edilməsini alqışlarla qarşılayıblar.