Şriftin ölçüsü :

Saytın rəngi :

"Ramana -450" qəsəbəsində yerləşən Şuşa Musiqi Məktəbində "2 Fevral Azərbaycan Gəncləri Günü"nün təsis edilməsinin 25 illiyi münasibətilə rayon tədbiri keçirilmişdir

02 fevral 2022 | 16:00

02 Fevral 2022-ci il tarixdə Şuşa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Şuşa Mədəniyyət Evinin əməkdaşlarının iştirakı ilə "Ramana -450" qəsəbəsində yerləşən Şuşa Musiqi Məktəbində "2 Fevral Azərbaycan Gəncləri Günü"nün təsis edilməsinin 25 illiyi münasibətilə rayon tədbiri keçirilmişdir.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti Başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa rayon Gənclər və idman İdarəsinin rəisi Nadir Bayramov, qazilər və rayon gəncləri iştirak etmişdir.
Tədbirdə çıxış edən Vüsalə Fətəliyeva və Nadir Bayramov gəncləri təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdırlar.
Daha sonra tədbir gənc sənətçilərin iştirakı ilə musiqili proqramla davam etmişdir.
Tədbirin sonunda fəaliyyətində fərqlənən rayon gəncləri İdarə tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif olunmuşdur.

 

Keçidlər