Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhər 2 saylı Usaq - Gənclər İnkişaf Mərkəzi “Şuşa ili” ilə bağlı layihəsini Şuşa Rayon İcra Hakimiyyətində keçirmişdir

14 fevral 2022 | 16:00

        14.02.2022 –ci il tarixdə Bakı şəhər 2 saylı Usaq –Gənclər İnkişaf Mərkəzi  “Şuşa ili” ilə bağlı layihəsini keçirmişdir. Şuşa Rayon İcra Hakimiyyətində keçirilmiş tədbirdə gənclər Şuşanın tarixi , mədəni abidələri, görkəmli şəxsləri, bugün Şuşada aparılan təmir-bərpa işləri haqında ətraflı məlumatlandırılmışlar.  Tədbirdə gənclər tərəfindən hazırlanmış Şuşaya həsr edilmiş rəsm əsərləri, ”Xarıbülbül” rəqsi tədbir iştirakçılarının marağına səbəb olmuşdur. Mərkəzin şagirdlərinə  müxtəlif hədiyyələr və Şuşa şəhəri haqqında bukletlər təqdim edilmişdir.  Vüsalə xanım Fətəliyeva "Şuşa" ili  bağlı layihəni yüksək qiymətləndirmiş,   hazırda Şuşa şəhərindəki tarixi, dini və memarlıq abidələrinin bərpası, Şuşanın əvvəlki  mədəni həyatına qaytarılması istiqamətində görülən işlər barəsində geniş məlumat vermişdir. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Şuşa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış “Şuşa”kitabını Bakı şəhər 2 saylı Usaq –Gənclər İnkişaf Mərkəzinə hədiyyə etmişdir.Tədbirin sonunda gənclərlə xatirə şəkilləri çəkilmişdir.

 

Keçidlər