Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonunun idarə, təşkilat və təhsil müəssisələrində “Xocalı soyqırımı”nın 30-cu ildönümünü ilə bağlı silsilə anım tədbirləri keçirilmişdir

25 fevral 2022 | 16:00

Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olaraq tarixin yaddaşına həkk olunub.Bu qətliam erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Ötən illərdə olduğu kimi bu il də 24- 26 fevral tarixlərində Şuşa Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq  Şuşa rayon idarə, təşkilat və təhsil müəssisələrində  xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 30-cu  ildönümünü ilə bağlı anım tədbirləri keçirilmiş, “Ana harayı» abidəsi ziyarət edilmiş, Xocalı qurbanlarının əziz xatirəsi hörmət və ehtiramla yad edilmişdir.Şuşa Rayon Dram Teatrında, Rayon Mərkəzləşdirilmiş Kitabaxana sistemində, Rayon Gənclər və İdman idarəsində, Azərbaycan Milli Xalça muzeyinin Şuşa rayon bölməsində  “Xocalı soyqırımı” ilə bağlı tədbirlər keçirilmişdir.Tədbirlərdə diqqətə çatdırılmışdır ki, Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən dövlətimizin başçısı İlham Əliyev Azərbaycan həqiqətlərinin və Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətli layihələri reallaşdırır.Heydər Əliyev Fondunun həm ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda təşkil etdiyi silsilə tədbirlər vasitəsilə dünya Xocalı soyqırımı haqqında həqiqətləri öyrənir.

Keçidlər