Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Dövlət Dram Teatrında Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Dövlət Dram Teatrında Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, qazilər və digər qonaqlar iştirak etmişlər.Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov Novruz bayramı münasibətilə dünya azərbaycanlılarını ocümlədən bütün Şuşalıları təbrik etmiş, işğaldan azad olunmuş torpaqlarımızda milli bayramlarımızı qeyd etməyin hər bir azərbaycanlı üçün nə qədər qürurverici olduğunu vurğulamışdır. Şuşa Dövlət Dram Teatrının aktyorlarının, rayonun mədəniyyət evinin, Şəhər Musiqi İncəsənət Məktəbinin ifaçılarının , rəqs və ritm qruplarının iştirakı ilə “Novruz şənliyi” - konsert proqramı təqdim edilmişdir