Azərbaycan Respublikasının Milli Qəhrəmanı Ramiz Qəmbərovun xatirəsi yad edilmişdir
29 aprel 2015 – ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Ramiz Qəmbərovun xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı,"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri - icma rəhbəri Bayram Səfərov , Milli Məclisin deputatı Elman Məmmədov , Rayon İcra Hakimiyyətinin məsul işçiləri, ziyalılar ,respublikanın müxtəlif ali hərbi məktəb və akademiyalarından zabit və kursantlar, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri , ictimaiyyət nümayəndələri iştirak etmişlər.Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil qoymuşlar. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov giriş nitqi ilə çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Ramiz Qəmbərov timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirmişdir. Milli Məclisin deputatı Elman Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə xanım Fətəliyeva, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, kapitan Aqil Həsənov ,Şuşa batalyonunun tağım komandiri İbrahim Məmmədov, qəhrəmanın qardaşı Hafiz Qəmbərov çıxışlarında şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasına toxunaraq bu məsələnin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı vurğulanmışlar. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının hazırladıqları “Xatirə” kompazisiyası, Şuşa məktəblilərinin vətənə həsr edilmiş şerləri tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.