Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb

22 aprel 2022 | 16:00

Dünya Azərbaycanlılarının ilk Qurultayı  2001-ci ildə Bakıda keçirilmiş və bununla da ulu öndər Heydər Əliyev diaspora qarşısında mühüm vəzifələr qoymuşdu. Məhz bu Qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi oldu, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı 15 il ərzində isə keçirilmiş 3 qurultay əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu mühüm inkişaf yolu keçdi, ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət göstərdi. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Şuşada bir araya gələcək həmvətənlərimiz bu məkandan birliyimizi, həmrəyliyimizi bəyan edəcək, şanlı Qələbəmizin rəmzi olan “dəmir yumruğ”un gücümüzün sübutu olduğunu bir daha dünyaya çatdıracaqlar.
Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.

Keçidlər