Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin hərbi hazırlıq səviyyəsinin gücləndirilməsi

25 aprel 2015 | 15:00

 

Şuşa rayon şagirdləri “Şahin” hərbi-idman oyununda iştirak etmişdir

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2 «Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi» bəndinin icrasını təmin etmək məqsədi ilə “Şahin” hərbi-idman oyununun Respublika mərhələsi keçirilmişdir. “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

Yarışda Şuşa rayonunu Malıbəyli kənd 1 nömrəli orta məktəbin “Şahin” hərbi-idman komandası təmsil etmişdir. Komandanın hərbi rəhbəri Anar Quliyevdir. Komandamız Cəmşid Naxçıvanski adına Hərbi liseydə keçirilən 14 komanda arasında uğurla çıxış etmişdir.

Keçidlər