Şriftin ölçüsü :

Saytın rəngi :

9 yanvar 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Sabunçu rayonu, Ramana Sovxozu qəsəbəsi, 1512 saylı yaşayış massivində məskunlaşmış rayon sakinləri ilə səyyar görüşü keçirildi

09 yanvar 2025 | 17:33

Şuşa Rayon İcra Hakimiyyəti başçısının əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam edir

9 yanvar 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Sabunçu rayonu, Ramana Sovxozu qəsəbəsi, 1512 saylı yaşayış massivində məskunlaşmış rayon sakinləri ilə səyyar görüşü keçirildi. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşmanın əhali tərəfindən təqdir olunuğunu bildirdi. Bayram Səfərov diqqəti dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada görülməkdə olan işlərlə yönəldərək bildirdi ki, möhtərəm Prezidentimizin hər bir vədinin arxasında konkret əməli işin dayandığını görüş iştirakçılarının diqqətinə çatdırdı. Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verdi. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verildi

Keçidlər