Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşanın işğalından 23 il ötür...

07 may 2015 | 15:00


2015-ci il may ayının  7-də  Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 23-cü  ildönümü ilə əlaqədar Beynəlxalq  Muğam Mərkəzində anım mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Aqşin Əliyev, millət vəkilləri Rövşən Rzayev, Flora Qasımova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan  xarici ölkələrin QHT-lərinin rəhbərləri, Şuşa rayon ictimaiyyəti iştirak etmişdir. 
Tədbir iştirakçıları Beynəlxalq Muğam Mərkəzinin foyesində şuşalı rəssamların   əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri  Bayram Səfərov tədbiri açıq elan etmişdir.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra   Şuşanın tarixi keçmişi və görkəmli şəxsiyyətləri haqqında  sənədli film nümayiş  etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri  Elçin Əhmədov Şuşanın tarixi haqqında maraqlı faktlarla çıxış etmişdir.  
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında hazırlanan ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Keçidlər