Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar məktəblilərin müharibə veteranları ilə görüşü keçirilmişdir

09 may 2015 | 15:00

 

Böyük Vətən müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və igidlik nümunəsi göstərmişdir. Faşizm üzərində Qələbənin 70 illiyi münasibəti ilə respublikanın bütün bölgələrində bayram tədbirləri və müharibə veteranları ilə görüşlər keçirilmişdir.

Tarixi gün münasibəti ilə “AZƏRSUN HOLDİNQ” şirkətlər qrupu Şuşa rayon məktəblilərinin iştirakı ilə ikinci Dünya müharibəsi veteranlarının görüşünu təşkil etmişdir.

Tədbirdə çıxış edən Böyük Vətən müharibəsi veteranları 70 il əvvəl alman faşizmi üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətindən danışmış, onlara göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, bu cür tədbirlərin gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını diqqətə çatdırmışlar.

Keçidlər