Şriftin ölçüsü :

Saytın rəngi :

“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.6-cı bəndinin icrası ilə bağlı “dəyirmi masa” keçirilib

16 avqust 2022 | 16:52

“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamının 5.6-cı bəndinin icrası ilə əlaqədar olaraq “Açıq hökumət tərəfdaşlığı Hökumət–Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” çərçivəsində mütəmadi müzakirələrin keçirilməsi və Platformanın fəaliyyətinin dəstəklənməsi məqsədilə Şuşa Rayon İcra Hakimiyyətində aidiyyəti nümayəndələrin iştirakı ilə “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Aparatın məsul əməkdaşları,  aidiyyəti nümayəndələr  iştirak ediblər. “Dəyirmi masa”nı giriş sözü ilə açan Vüsalə Fətəliyeva şəffaflığın və hesabatlılığın artırılması, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəzarətin gücləndirilməsi sahəsində islahatların uğurla davam etdirildiyini, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində dövlət xidmətlərinin göstərilməsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsinin, dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılmasının, vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsinin vacibliyini qeyd edib.  “Sağlam İnkişaf və maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov ictimai şuraların fəaliyyətinin gücləndirilməsi və davamlılığının təmin edilməsi, rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi tədbirlərinin həyata keçirilməsinin vacib olduğunu qeyd edib.

Sonda iştirakçılar tərəfindən bu mövzuda müzakirələrin mütəmadi keçirilməsinin və Platformanın fəaliyyətinin dəstəklənməsinin vacibliyi vurğulanıb.  Əldə edilən naliyyətlər və mövcud çətinliklər, onların həlli yolları ilə bağlı müzakirələr aparılıb, vətəndaş cəmiyyətinin təklifləri səsləndirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər