Ağcabədi rayonu, 556 saylı köçkün qəsəbəsi , Xocavənd Kənd Mədəniyyət evində Şuşa Rayon İcra Hakimiyyəti başçısının Şuşa rayon sakinləri ilə səyyar qəbulu-görüşü keçirilmişdir
Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sakinlərə ilk öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş fərman və sərəncamların icra vəziyyəti haqqında ətraflı məlumat verib. Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sakinlərin müraciət və təklifləri dinlədikdən sonra bu müraciətlərin Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanlarının həlli istiqamətində tədbirlərin həyata keçiriləcəyini, digər müraciətlərin baxılmasının təmin olunması məqsədi ilə aidiyyəti üzrə istiqamətləndiriləcəyini bildirdi.