Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir

01 oktyabr 2024 | 17:59

Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramının icrası ilə bağlı tədbirlər planının 8.4.7-cı tapşırığı ilə əlaqədar qeyd edirik ki, Ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə Şuşa Rayon İcra Hakimiyyətinin ytəşkilatçılığı ilə 1 oktyabr 2024-cü il tarixdə “Ahıllar günü” qeyd edilmişdir. Ahıl şəxslərin vaxtının səmərəli keçirilməsi üçün tədbirlər hazırlanmış və ahıl şəxslərin həmin tədbirlərdə iştirakı təmin edilmişdir.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"ndan, habelə bir sıra dövlət proqramlarına uyğun olaraq, ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülməsini bildirmiş, həmçinin ahılları bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə ahıllara göstərilən böyük diqqət və qayğıdan danışıb, respublikamızda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirmişdir.

Keçidlər