Azad Şuşada növbəti Xarıbülbül festivalı keçirilir
Şanlı Qələbəmizdən qısa müddət keçməsinə baxmayaraq mədəniyyət paytaxtımız Şuşa şəhərinin beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi, Azərbaycan musiqisinin məbədi – Şuşada müxtəlif festivalların keçirilməsi şəhərin Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatında nə qədər böyük əhəmiyyətə malik olduğunun baris nümunəsidir. Şuşa şəhərində bu gün "Xarı bülbül" Beynəlxalq Musiqi Festivalı start götürür. Festivalda bir qrup Şuşa rayon ziyalısı iştirak edir. Təbiətin gözəl bir çağında hər tərəfin yaşıl, al rəngə boyandığı vaxtda yenidən Şuşada Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalı hər bir azərbaycanlını qürurlandırır. Bu gözəl musiqi bayramı münasibətilə bütün azərbaycan xalqını təbrik edirik.