Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasına dair tədbir keçirilib
Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, gənc jurnalistlərin iştirakı ilə dəyərli tədqiqatçı-jurnalist Vasif Quliyev ilə “Şuşa” qəzetinin yerşdiyi binada ““Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda icrası nəzərdə tutulan “Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi” bəndinin icrası ilə bağlı “ dəyirmi masa keçirilmişdir.
Tədbirdə dilimizin saflığının qorunmasının və özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsinin hazırda aktual məsələlərdən olduğu və dilin yad ünsürlərdən qorumağın vacibliyi haqqında danışıldı. Bununla yanaşı, çıxışlarda Ulu Öndərin 18 iyul 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və 9 avqust 2001-ci il tarixli “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanları, Ümummilli Liderin ideyalarını bütün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı və 01 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanları xatırladıldı. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində tarixi xidmətləri, dilimizin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində ölkəmizdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında məlumat verərək sözügedən Dövlət Proqramının ana dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm əhəmiyyətini diqqətə çatdırıldı. Sonra dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində və gündəlik həyatda dilin norma və qaydalarına, tələblərinə düzgün əməl edilməsi, Azərbaycan ədəbi dilinin tətbiqi zamanı qüsurların yolverilməzliyi məsələləri geniş müzakirə olundu.
Qeyd olundu ki, “Şuşa” qəzeti təkcə şəhər həyatının deyil, ümumən Qarabağla bağlı tarixi həqiqətlərin işıqlandırılmasında mühüm rol oynamış, geniş maarifçilik işi aparmış, dövlətçilik irsimizin təbliğinə, ədəbi-mədəni ənənələrimizin zənginləşməsinə töhfələr verib və indi də bu vacib missiyanı davam etdirir. Qəzetə 2005-ci ildən “Canlı Şuşa ensiklopediyası” adı ilə tanınan, bütün varlığı ilə bu müqəddəs diyarımıza bağlı olan tədqiqatçı jurnalist, publisist və tərcüməçi Vasif Quliyevin rəhbərlik etdiyini deyən natiqlər ona gələcək fəaliyyətində uğurlar arzulamışlar.






