Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı keçirilmişdir

25 oktyabr 2022 | 16:09

          Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında xalqımızın multikultural və dini-mənəvi dəyərlərinin qorunması sahəsində həyata keçirilən siyasət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilmişdir. Azərbaycan dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən biri kimi tanınır.  Şuşa Rayon İcra Hakimiyyəti multikulturalizmlə bağlı bir sıra maarifləndirici tədbirlər həyata keçirmişdir. Şuşa Mərkəzi Kitabxana Sistemində “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı   da bu cür tədbirlərdəndir. Tədbiri giriş sözü ilə açan  Şuşa Mərkəzi Kitabxana Sisteminin direktoru Gülsarə Abbasova  bildirib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlanan birinci hissə Azərbaycan dilində çap olunub, rus və ingilis dillərinə tərcümə edilib. Bu kitabda Azərbaycan yazarlarının əsərlərində multikultural ideyaların təcəssümü öz əksini tapıb. “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitabda elmi ənənədə qəbul edilmiş mədəni müxtəliflik qədim zamanlardan indiki dövrə qədər təsvir edilir. Qeyd olunub ki, kitab Azərbaycan multikulturalizminin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

 

Keçidlər