Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü bəndinin icrası ilə bağlı təlim keçirilmişdir

19 aprel 2024 | 16:13

19 aprel 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının təşkilatçılığı ilə Şuşa rayon 7 saylı tam orta məktəbdə uşaq hüquqlarının müdafiəsi üzrə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə təlim keçirilmişdir. Təlimdə Şuşa Rayon İcra hakimiyyətinin məsul şəxsləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının üzvləri, Şuşa Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi şəxsi, icraçı direktor Kəmalə Səfərova, Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayon sektorunun müdiri Rəsmiyyə Məmmədova, ümumtəhsil məktəblərin direktorları, müəllimlər və şagirdlər, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişdir.
Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə təşkil olunmuş təlimdə vurğulanıb ki, Azərbaycanda uşaqların problemlərinin həlli, onların hərtərəfli inkişafına şəraitin yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət artıq milli strategiyaya çevrilmişdir. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva uşaqlarla bağlı məsələlərə hər zaman xüsusi diqqət yetirirlər. Çıxışlarda uşaq hüquqları haqqında qanunvericiliyin və qəbul olunmuş beynəlxalq sənədlərin müəyyən etdiyi məsələlər, uşaq yaşlarından psixoloji hazırlılığın aşılanmasının vacibliyi, uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, münaqişələrdən və dini ekstremizmdən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi məsələləri barədə ətraflı məlumat verilib. Təlimdə, həmçinin çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın hallarının baş verməməsi üçün edilməsi vacib olan məsələlər diqqətə çatdırılıb, iştirakçılara öz iş fəaliyyətlərində bu məsələləri nəzərə almaları tövsiyə edilib. Daha sonra mövzu ətrafında və Fəaliyyət Planının müəyyən etdiyi məsələlər istiqamətində fikir mübadiləsi və müzakirələr aparılıb, mövcud problemlər səsləndirilib və iştirakçıların sualları cavablandırılıb.

Keçidlər