Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirildi

14 mart 2024 | 17:38

15 mart  2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Şuşa rayonunun təhsil müəssisələrində görüləcək işlərlə bağlı məktəb direktorlarının iştirakı ilə görüş keçirildi.

Görüşdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Aparatın məsul əməkdaşları, məktəb direktorları iştirak edirdilər. Şuşa rayon 6 və 7 nömrəli tam orta məktəblərin direktorları Naimə Əliyeva, Elçin Dadaşov, Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehtiyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarət funksiyalarının gücləndirilməsi, bununla əlaqədar məktəblərdə bir çox tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu, o cümlədən, məktəblilər arasında intellektual yarışlar, foto və rəsm sərgiləri, müxtəlif nominasiyalı tədbirlərin təşkil olunacağını qeyd etdilər.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Sərəncamın Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut etdiyini, həmçinin ölkəmizin bu il ev sahibliyi edəcəyi “COP29” kimi mötəbər tədbirlə əlaqədar təhsil müəssisələrinin də öz töhfəsini verəcəyini xüsusi vurğulayaraq, dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılmasını tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, şagirdlər arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək, abadlıq və təmizlik ənənələrini davam etdirmək əsas məqsədlərmizdən  biridir.

Sonra tədbir diskussiya şəklində davam etdi, iştirakçıların müvafiq təklifləri dinlənildi və sualları cavablandırıldı.

Keçidlər