Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Sərəncamına əsasən Dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi mövzusunda tədbir keçirilmişdir

15 avqust 2024 | 15:11

15.08.2024-cü il tarixdə Yap Şuşa Rayon Təşkilatının inzibati binasında “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Sərəncamına əsasən Dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisələrdə çalışan dövlət qulluqçuları, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişdir. Tədbirdə çıxış edən Vüsalə Fətəliyeva bildirmişdir ki, Dövlət qulluğu sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində də işlər uğurla davam etdirilir. Belə ki, 2024-cü il ərzində Dövlət İmtahan Mərkəzinin nümayəndə heyəti bir sıra beynəlxalq tədbirlərdə iştirak etmiş, ölkəmizin dövlət qulluğu sahəsində əldə etdiyi nailiyyətlər barədə iştirakçılara məlumat verilmiş, habelə xarici ölkələrin bu sahədə uğurlu təcrübələrini öyrənmişlər. Həmçinin Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Məsələləri üzrə Beynəlxalq Komissiyası, GIZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı), Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi, Türkiyə Respublikası Prezidenti Administrasiyasının İnsan Resursları Ofisi, Dövlət Qulluğu üzrə Astana Regional Xab ilə əməkdaşlıqlar davam etdirilmişdir. Həmçinin Mərkəz və Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma əsasən, Mərkəz və Agentlik dövlət qulluğu sahəsində müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsi aparmağa dair razılığa gəlmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə 2024-cü ilin 24-25 iyun tarixlərində “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı beynəlxalq seminar keçirilmişdir. Tədbirin əsas məqsədi insan resurslarının idarə edilməsi proseslərində bilik və qabaqcıl təcrübələrin bölüşdürülməsindən ibarət idi. Beynəlxalq seminar dövlət qulluğunda səriştə modelinin tətbiqi, dövlət qulluqçularının davamlı peşəkar inkişafı, fəaliyyətin idarə edilməsi, kompensasiya və onun faydaları, dövlət qulluğu üzrə qanunvericiliyinin təkmilləşdirilməsi və icrasına nəzarət, strateji insan resurslarının və istedadların idarə edilməsi kimi komponentləri əhatə etmişdir. Tədbirdə Azərbaycan Respublikasının dövlət orqanlarının insan resursları üzrə struktur bölmələrinin rəhbərləri ilə yanaşı, Türkiyə, Bosniya və Herseqovina, Şimali Makedoniya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət qulluğu sahəsində siyasəti həyata keçirən qurumlarının rəhbər şəxslərinin və idarəçilik akademiyalarının rektorları da iştirak etmişdir. Həmçinin dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin elektronlaşdırılmasının bu il ərzində tamamlanması və 2025-ci il üzrə qiymətləndirilmənin elektron sistem üzərindən aparılması planlaşdırılır. Bu məqsədlə yaradılmış xüsusi proqram təminatının “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı beynəlxalq seminarda dövlət orqanlarının müzakirəsinə təqdim edilməsi nəzərdə tutulur. Çıxış edənlər dövlət qulluğu, o cümlədən xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlığın genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və dövlət qulluqçularının təcrübə mübadiləsinin təmin edilməsi istiqamətində görülmüş və nəzərdə tutulan işlərdən danışmışdır. Sonda Rayon İcra Hakimiyyətinin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq, öz fəaliyyətini müasir tələblərə uyğun şəkildə qurmağa, Azərbaycan Respublikasının dövlət qulluğu sistemində şəffaflığın və səmərəliliyin artırılması, dövlət qulluqçuları¬nın inkişafı və yüksək motivasiyasını təmin etmək üçün bütün imkan və bacarıqlarından istifadə etməyə davam edəcəyi iştirakçıların nəzərinə çatdırılmışdır.

Keçidlər