“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında 23.12.2015-ci il tarixli, 1645 nömrəli Sərəncamının 9.2.1 bəndinin icasını təmin etmək məqsədilə Şuşa Rayon İcra Hakimiyyəti QİX-in qarşısının alınması və onlara nəzarət problemlərinə insan potensialının inkişafının sosial, iqtisadi və ətraf mühit aspektləri ilə qarşılıqlı əlaqədə baxılmasını nəzərə alaraq, Şuşa Rayon Mərkəzi Xəstəxanası ilə birgə maarifləndirici tədbirlər keçirir. Belə tədbirlərdən biri – 25 aprel 2023-cü il tarixində Şuşa Rayon Mərkəzi Xəstəxanasının Poliklinikasında keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa MRX-nin Publik hüquqi şəxsi, direktor Kəmalə Səfərova çıxış edərək, QİX-in yayılmasının qarşısını almaq üçün zamanında görülən zəruri tədbirlərin insanların sağlamlıqla bağlı davranışlarına təsir edən geniş amillərə - doğulduğu, böyüdüyü, yaşadığı, işlədiyi, yaşa dolduğu şəraitə, eləcə də cəmiyyətə, sosial-iqtisadi amillərə yönəldilməlsinin vacibliyindən danışmışlar. Rayon əhalisi ilə keçirilən görüşlərdə idmanın və ətraf mühitin insanların sağlamlığına yönələn təsirləri daim onların diqqətinə çatdırılır, bu məsələlər mütəmadi olaraq təşviq edilir.