Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən mütəmadi olaraq respublikanın 58 rayonunda məskunlaşmış rayon sakinləri ilə səyar-qəbulların keçirilməsi və belə görüşlər zamanı əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi əhali tərəfindən yüksək qiymətləndirilir

25 avqust 2023 | 17:20
 
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən mütəmadi olaraq respublikanın 58 rayonunda məskunlaşmış rayon sakinləri ilə səyar-qəbulların keçirilməsi və belə görüşlər zamanı əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. 25.08.2023- ci il tarixdə Bərdə rayonu, Şirvanlı kəndində yerləşən Şuşa 19 saylı ​ tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə səyyar görüşü keçirilib. Səyyar görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov işğaldan azad edilən ərazilərin yenidən qurulması, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, "Böyük Qayıdış" Proqramının uğurla icra olunması haqqında ətraflı danışdı, Qarabağda aparılan nəhəng quruculuq işlərinin dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyduğunu bildirdi.Vətəndaşların müraciətləri ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində araşdırılması və operativ həlli üçün Bayram Səfərov tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə aidiyyəti qurumların rəhbərləri ilə birgə müzakirələr aparılıb, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri işlərin görüləcəyi vətəndaşların diqqətinə çatdırılıb.
Keçidlər