Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın fəxri, hamımızın Qəhrəmanı həmyerlimiz Vasif

09 fevral 2023 | 17:36

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilərək, tariximizin ən parlaq səhifəsinə qızıl hərflərlə yazıldı. Qazandığımız Qələbə - Vətən Müharibəsi Ali Baş Komandanın əvəzsiz sərkərdə olduğunu, Azərbaycanın qeyrətli oğullarının əzmini, şücaətini, xalqımızın gücünü bir daha göstərdi.  İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını  nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı.

Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Azərbaycanın igid oğullarının siyahısına bu günlərdə yeni bir ad da əlavə olundu – Vasif Tağıyev. Əslən Şuşadan olan, bütün Azərbaycanın fəxri, qüruru,  İrandakı səfirliyimizə terror hücumu zamanı böyük igidlik göstərən, öz həyatını düşünmədən təhlükə altına atan, onlarla insanı xilas edən, xalqımızın adını şərəflə ucaldan Qəhrəmanımız Vasif Tağıyev.

Hər birimizdə sonsuz qürur hissi yaradan həmyerlimiz Vasif Tağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 fevral 2023-cü il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Terrorçunu zərərsizləşdirərkən ağır yaralanan, cərrahi əməliyyat keçirən, müalicə alaraq xəstəxanadan evə çıxarılan Vasifi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Başçının müavini Vüsalə Fətəliyeva,YAP Şuşa rayon Təşkilatının sədri Təvəkkül Əliyev ziyarət etmişlər.

Keçidlər