Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans davam edir

20 may 2022 | 11:10

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans davam edir.Konfransın mayın 20-də keçirilən üçüncü plenar sessiyası “Keçmiş problemlər - gələcək perspektivlər: urbisid kontekstində irsin idarə olunması siyasətinin tətbiqi” mövzusuna həsr edilib.

Üçüncü plenar sessiyada Mədəni irs üzrə ekspert Alessandro Bianki, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Romualdo Del Bianko fondunun Baş katibi Simone Ciometti, “Cultural Futures LLC” təşkilatının direktoru Terri Sandel, ICOMOS-un Azərbaycandakı prezidenti Sədaqət Davudova, Viafrancigena mədəni marşrutunun elmi komitəsinin üzvü Kristian Şule çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, Şuşa nəinki Azərbaycan üçün, həm də region üçün ciddi əhəmiyyətə malik bir məkandır. Qarabağda həyata keçirilən bərpa prosesi dünya üçün yeni bir nümunə olur və burada öyrəniləsi çoxlu dərslər var.

Diqqətə çatdırılıb ki, mədəni fəaliyyətlər eyni zamanda ölkədə turizmin inkişaf etməsinə böyük töhfə verir. Tarix və irs mədəni bərpanın əsasıdır. Tarixi bilərkən ərazi haqqında geniş təsəvvür əldə edilir.

Keçidlər