Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi ilə bağlı tədbirlər görülməsinə dair maarifləndirici tədbir keçirilmişdir
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi ilə bağlı tədbirlər görülməsinə dair maarifləndirici tədbir keçirilmişdir.
21.11.2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayon sektorunun müdiri Rəsmiyyə Məmmədova, ümumtəhsil məktəblərin direktorları iştirak etmişdir. Mövzu ətrafında çıxış edənlər baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönəldilməsi istiqamətində tədbirlərin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nda öz əksini tapdığını vurğulamışdır. Tədbirdə təhsildən yayındırılma hallarına qarşı mübarizə, qızların ali və peşə təhsilinə marağının artırılması, məişət zorakılığına qarşı həmçinin cəmiyyətin sosial-iqtisadi tələblərinə uyğun olaraq onların peşə-ixtisas seçiminə köməklik göstərilməsi qeyd olunmuş, belə tədbirlərin mütəmadi olaraq, keçiriləcəyini məişət zorakılığına qarşı mübarizədə daha güclü mübarizə aparılmasının vacibliyi nəzərə çatdırılmışdır.