Şriftin ölçüsü :

Saytın rəngi :

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

17 aprel 2024 | 17:24
Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, professor Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Süleyman Ələsgərovun 100 illik yubileyinin Prezident İlham Əliyevin Sərəncamına əsasən geniş şəkildə qeyd olunduğunu bildirib. O, görkəmli bəstəkarın Azərbaycan professional musiqisində böyük irs qoyduğunu vurğulayıb.
Sonra Süleyman Ələsgərovun həyat və yaradıcılığına həsr olunmuş "Xəyala dalarkən..." sənədli televiziya filmi nümayiş etdirilib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Sənətşünaslıq üzrə elmlər doktoru Leyla Zöhrabova, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, əməkdar incəsənət xadimi, Xalq artisti Ağaverdi Paşayev və digərləri çıxış edərək, Süleyman Ələsgərovun həyat və yaradıcılığından geniş söz açıblar.
Tədbir konsert proqramı ilə davam edib.
Keçidlər