Şriftin ölçüsü :

Saytın rəngi :

"Beynəlxalq ailə günü"ilə əlaqədar tədbir keçirilmişdir

15 may 2026 | 17:02
15 May Birləşmiş Millətlər təşkilatının qərarı ilə bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb və bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə ailə siyasəti bu gün də məqsədyönlü surətdə həyata keçirilir. 14 may tarixində Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının, Şuşa Humanitar kollecin tələbələrinin iştirakı ilə Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin binasında 15 may – Beynəlxalq Ailə günü ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər müstəqil Azərbaycanda dövlət və ailə siyasətinin əsas prinsiplərinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolu, hazırda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərin qorunması sahəsində xidmətləri, ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi, 15 may - Beynəlxalq Ailə günü ilə bağlı xalqımıza məxsus olan ailə dəyərlərinin qorunub saxlanılması və gənc nəsilə aşılanması haqqında öz fikirlərini bildirmişlər. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədi ilə Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirlərin ənənə halını aldığı qeyd olunmuşdur. Son illərdə boşanma saylarının artmasından, qız övladlarının sayının azalması kimi problemlərə toxunulmuş, ailələrin dağılma səbəblərinin əsasən texnologiyanın inkişafı ilə əlaqəli olduğu vurğulanmış, qeyd edilmişdir ki, gender bərabərliyi anlayışı yalnış anlaşılmamalı, gənclər bu istiqamətdə maariflənməlidirlər. Diskussiya formatında davam edən tədbirdə ailə münasibətləri ilə əlaqədar tələbələrin fikirləri öyrənilmiş, tələbələrin ünvanladığı suallar Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən cavablandırılmışdır. Tədbirin məqsədi Azərbaycanın milli ailə dəyərlərini gənclər arasında təbliğ etmək və onları bu dəyərlərə daha sıx bağlamaqdır. Müasir dünyada ailə institutuna qarşı müxtəlif təhdidlər mövcuddur. Ənənəvi ailə dəyərləri müəyyən mənada öz funksionallığını itirir və onların yerində yeni yanaşmalar formalaşır. Lakin Azərbaycan ailəsi həm müasir dövrün çağırışlarına uyğunlaşmalı, həm də öz milli-mənəvi köklərinə sadiq qalmalıdır.
 
Keçidlər