Şriftin ölçüsü :

Saytın rəngi :

“Beynəlxalq ailə günü”nə həsr olunan “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı tədbir keçirilmişdir

14 may 2024 | 17:42

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın ayının 14-də “Beynəlxalq ailə günü”nə həsr olunmuş “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Şuşa RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ülviyyə Bağırova, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın aparıcı məsləhətçisi, psixoloqu Fatma Qılıncxanova, Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nigar Eyvazova, Qarabağ Regional Təhsil idarəsinin Şuşa rayon sektorunun müdiri Rəsmiyyə Məmmədova, Şuşa Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin direktorları, müəllimlər, şagirdlər,  gənc və həssas qruplara aid olan, uzunömürlü və nümunəvi ailələr iştirak etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd müasir dünyada baş verən qlobal proseslər fonund ciddi zərər görən ailə institutunun daha da möhkəmləndirilməsi, cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinə, ailə ənənələrinə və milli-mənəvi dəyərlərə sədaqət hissinin təbliğ edilməsi, ailələrin asudə vaxtının səmərəli təşkil edilməsindən ibarətdir.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov Azərbaycanda dövlət ailə siyasətinin formalaşmasının Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərdiyini diqqətə çatdırmışdır.

Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nigar Eyvazova çıxışında bildirmişdir ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə cəmiyyətdə bütün diqqətin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi məqsədilə hər il mayın 1-dən 15-ə kimi silsilə tədbirlər həyata keçirilir. Ümumiyyətlə, ən qədim zamanlardan etibarən ailə cəmiyyətdə  “ən müqəddəs məfhum” kimi qəbul olunur. Bununla əlaqədar keçirilmiş bütün tədbirlərdə də məqsəd ailə dəyərlərinin qorunub saxlanılmasını və ailə münasibətlərinin möhkəm təməl üzərində qurulmasını təmin etməkdir.  

Tədbirdə milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə ötürülməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu və digər vacib məsələlər haqqında müzakirələr aparılmış, bu mövzuda videoçarx nümayiş olunmuşdur.

Dəvət olunan uzunömürlü ailə üzvlərinin tövsiyyələri dinlənildi, gənc ailələrə məsləhətlər verildi. Ailələrin hər biri dövlət, xalq üçün gördüyü işlərə, ailələrə göstərilən dövlət qayğısına və bu istiqamətdə aparılan işlərə görə  möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, Azərbaycan ailələrinə qarşı bu həssas münasibəti layiqincə qiymətləndirdiyinə görə isə Şuşa Rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirdilər. Onlara xatirə hədiyyələri təqdim olundu. 

 

 

Keçidlər