Beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana imkan verir ki, daxili problemləri daha böyük uğurla həll etsin
19 iyul 2022 | 15:58
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət göstərmişdir. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxşaxəli, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ yanaşmaların tətbiqi ilə davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət dətəsəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir.
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə dövlətimizin son altı ayın xarici və daxili siyasət xətti müzakirə olunub. Məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən uğurlu kompeks islahatlar aparılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınması sahəsində böyük işlər görülmüşdür. Ölkə başçısının müşavirədə qeyd etdiyi digər bir məqam bəzi ölkələrdən fərqli olaraq beynəlxalq borcumuzun minimum səviyyədə olmasıdır. Ölkə başçısı buna da aydınlıq gətirdi ki, hazırda heç bir yeni kreditdən istifadə edilmir. Pandemiyadan və müharibədən yenicə çıxmış bir dövlət olaraq bütün bərpa işlərini öz hesabımıza həyata keçiririk. Bərpa işinin miqyası isə olduqca böyükdür. “Azərbaycan öz sözünə sadiqdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, beynəlxalq arenada oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün maliyyə dəstəyi, xüsusilə COVID-19-la bağlı 80-dən çox ölkəyə edilən humanitar yardım nüfuzumuzu daha da artırmışdır. Bunu aydın görmək üçün Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı gündən həm daxildə, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərin miqyasına diqqət yetirmək kifayətdir. Öncə türk dünyasının birliyinə nail olmaq üçün dövlət başçısı İlham Əliyev Türk Şurasının Zirvə Görüşünün keçirilməsinə nail oldu. Sonra bütün dünya dövlətlərini bir araya gətirmək üçün Qoşulmama Hərəkatının Zirvə Görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmçinin quruma üzv dövlətlərin birgə səyləri əsasında Azərbaycanın BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü dəstəkləndi. 2020-ci ilin dekabrında bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Xüsusi Sessiyası keçirildi. Göründüyü kimi, Azərbaycan bu kimi təşəbbüsləri ilə dünyanın bir-birinə əks olan qütblərini bir araya gətirərək, onları beynəlxalq səviyyədə narahatlıq doğuran məsələlərin həllində birgə fəaliyyət göstərməyin zəruriliyinə inandırmağı bacarır. Bu gün ölkəmizin beynəlxalq nüfuzunun durmadan artması Prezident İlham Əliyevin xarici siyasətinin məntiqi nəticəsidir”. Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir. Ölkəmiz işğaldan azad edilmiş ərazilərini tamamilə yenidən qurur. Azərbaycan öz gücünə, öz imkanları hesabına şəhərlər salır, kəndləri yenidən qurur, binalar tikir. İşlərin miqyası bütün dünyanı sözün əsl mənasında heyrətə gətirir. Dünyada ərzaq təhlükəsizliyindən tutmuş iqtisadi tənəzzülə qədər proseslər müşahidə edilməkdədir.
Azərbaycanın cari ilin altı ayında dünyanın güc mərkəzləri, həmçinin beynəlxalq təşkilatlarla münasibətlərinə diqqət yetirdikdə böyük uğurların əldə olunduğunu əminliklə qeyd edə bilərik. Azərbaycan -Avropa İttifaqı əməkdaşlığı da yüksələn xətlə inkişaf edir. Nəzərə alaq ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına öz dəstəyini göstərməyə hazır olduğunu bildirir, eyni zamanda, iki ölkə arasında münasibətlərin normallaşması üçün səylərini artırır. Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda da əməkdaşlıq yüksək səviyyədədir. Prezident İlham Əliyev çıxışı zamanı altı ay ərzində ölkədə hərbi sahədə islahatların aparıldığını, hərbçlərin sosial müdafiəsi məsələlərinin yüsək səviyyədə təmin edildiyini, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində olduşunu, müharibədən sonra şəhid ailələrinə və müharibə əliləriniə göstərilən dövlət qayğısından danışmışdır.
Ümumilikdə cənab Prezidentin 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı göstərdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər,sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə icra edilir və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir.