Şriftin ölçüsü :

Saytın rəngi :

Bütün dünya müsəlmanlarını, o cümlədən Türk dünyasını mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Şuşa Rayon İcra Hakimiyyəti adından təbrik edirik

28 iyun 2023 | 15:20
Bütün dünya müsəlmanlarını, o cümlədən Türk dünyasını mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Şuşa Rayon İcra Hakimiyyəti adından təbrik edirik.
Azərbaycan xalqının qeyd etdiyi bayramlar sırasında həmrəylik, bərabərlik və xeyirxahlıq kimi mənəvi keyfiyyətlərin təcəssüm tapdığı Qurban bayramı ölkəmizdə geniş şəkildə keçirilir. Bu bayram insanları mərhəmətə və mənəvi saflığa ruhlandıran dəyərli adət-ənənələrimizdən biridir.
Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsir, imkansızlara və ehtiyacı olanlara yardımlar edir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.
Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsini hər zaman olduğu kimi bayram ərəfəsində də ehtiramla yad edərək şəhid ailələrini, torpaqlarımızın düşməndən qorunması uğrunda savaşda sağlamlığını itirən döyüşçülərimizi və müharibə veteranlarını da bayram münasibətilə təbrik edirik.
Keçidlər