Cüdo üzrə ikinci dəfə Avropa çempionu olan şuşalı idmançı Məhəmməd Musayevi əldə etdiyi yüksək nailiyyət münasibətilə qəbul edib
01 oktyabr 2026 | 14:15
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov gənclər arasında cüdo üzrə ikinci dəfə Avropa çempionu olan şuşalı idmançı Məhəmməd Musayevi əldə etdiyi yüksək nailiyyət münasibətilə qəbul edib.
Görüş zamanı cənab Bayram Səfərov Məhəmməd Musayevi qazandığı uğur münasibətilə təbrik edib, ona gələcək yarışlarda yeni qələbələr arzulayıb. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən gənc idmançıya fəxri fərman və hədiyyə təqdim olunub.
Qeyd edək ki, Məhəmməd Musayev 03–05 sentyabr 2026-cı il tarixlərində Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilmiş gənclər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan millisinin heyətində-66 kq çəki dərəcəsində mübarizə aparıb. O, bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb və ikinci dəfə gənclər arasında Avropa çempionu tituluna sahib olub.






