Şriftin ölçüsü :

Saytın rəngi :

Daşaltı əməliyyatından 31 il ötür

26 yanvar 2023 | 17:14

Bu gün Daşaltı əməliyyatından 31 il keçir. 1992-ci il yanvarın 25-26-da keçirilmiş Daşaltı əməliyyatı şəhidlərinin əziz xatirəsi Şəhidlər Xiyabanında yad edilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Aparatın məsul əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Fizuli Rzaquliyev, idarə və müəssisə rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, dövlət və ictimai təşkilatların nümayəndələri iştirak edib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik həsrətə 44 günə son qoydu. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olundu. Qəhraman ordumuz Vətən müharibəsindəki parlaq qələbəmizin tacı olan Şuşanı əsil sahiblərinə qaytarmaqla xalqımızı əbədi xoşbəxtliyinə qovuşdurdu. 2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib. Bununla da 28 ildən sonra "Daşaltı əməliyyatı"nın qisası alınıb. Prezident İlham Əliyev 2021-ci ilin martın 16-da Daşaltı kəndində olub. 2021-ci ilin noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Daşaltı məscidinin təməlini qoyublar.

       

 

 

 

 

.

       

 

 

 

 

Keçidlər