Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizm və ekstremizmlə mübarizə” mövzusunda tədbir keçirilmişdir

11 avqust 2026 | 15:33
Şuşa Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin əməkdaşlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə “Dini radikalizm və ekstremizmlə mübarizə” mövzusunda tədbir keçirilmişdir
Şuşa RİHB Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Qalib Kazımov öz çıxışında dini maarifləndirmə ilə bağlı dövlət siyasətindən, radikalizmi yaradan səbəblərdən və onların aradan qaldırılması istiqamətində aparılan tədbirlərin əhəmiyyətindən danışmış, bildirmişdir ki, bu gün xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zəruri tədbirlərin həyata keçirilməsini xüsusi vurğulayan Qalib Kazımov “Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni qanunun qəbul edilməsindən, bəzi qanunlara edilən dəyişikliklərdən də söz açmış, ötən dövr ərzində rayon ərazisində dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində görülən maarifləndirici tədbirlər, eləcə də qarşıda duran əsas vəzifələr və görüləcək işlər barəsində ümumi məlumat vermiş, belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışdır.
Çıxış edən natiqlər gənclərin radikal və ekstremist ideologiyalardan uzaq tutulmasının, sağlam düşüncə tərzinin formalaşdırılmasının və milli-mənəvi dəyərlərə sadiq gəncliyin yetişdirilməsinin vacibliyindən bəhs etmişlər. Bildirilmişdir ki, yeniyetmələrin düzgün istiqamətləndirilməsi, maarifləndirici tədbirlərin keçirilməsi, eləcə də ailə və məktəb əməkdaşlığının gücləndirilməsi bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, gənclərin fikirləri dinlənilmişdir.
Keçidlər