Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması”

21 noyabr 2024 | 16:16

21 noyabr 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində “Dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimai şuranın üzvləri iştirak etmişdir. Tədbirdə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunundan, ictimai birliklərlə işin qurulmasından, ictimai şuranın rayon ərazisindəki fəaliyyətindən bəhs edilmiş, ictimai şuranın cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməsi, qarşıya çıxan problemlərin aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməsi bir daha vurğulanmışdır. İctimai Şuraların fəaliyyətində cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsinin, sağlam dialoqun qurulmasının, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasının əsas məqsəd olduğu qeyd olunmuşdur.

Keçidlər