Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir

22 dekabr 2025 | 15:00

”Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair  2019-2025-ci illər üçün Strategiya"nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı"”nın 3.3-cü bəndinin icrası ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyətində “Dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi” mövzusunda dövlət qulluqçuları üçün dəyirmi masa keçirilmişdir.

Tədbirdə “Dövlət qulluğu”, ”Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələri”, “Dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi”, “Dövlət qulluqçularının etik davranış qaydaları” və digər bu məsələlərlə bağlı keçirilən tədbirlər haqqında məlumat verilmiş, dövlət qulluqçuları üçün etik davranış barədə aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması ilə bağlı müxtəlif təlim və treninqlərin keçirilməsindən bəhs olunmuşdur.

Şuşa Rayon  İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva dövlət qulluğu, o cümlədən xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlığın genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və dövlət qulluqçularının təcrübə mübadiləsinin təmin edilməsi istiqamətində görülmüş və nəzərdə tutulan işlərdən danışmışdır.  Rayon İcra Hakimiyyətinin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq, öz fəaliyyətini müasir tələblərə uyğun şəkildə qurmağa, Azərbaycan Respublikasının dövlət qulluğu sistemində şəffaflığın və səmərəliliyin artırılması, dövlət qulluqçularının inkişafı və yüksək motivasiyasını təmin etmək üçün bütün imkan və bacarıqlarından istifadə etməyə davam edəcəyi iştirakçıların nəzərinə çatdırılmışdır.

Sonda inkişaf etmiş dövlətlərdə dövlət qulluğunun xüsusiyyətləri barədə ətraflı məlumat verilərək, qeyd edilmişdir ki, ölkəmizdə “Dövlət qulluğu haqqında” qanunvericiliyin hazırlanmasında beynəlxalq təcrübəyə istinad edilmiş, beynəlxalq təcrübədən səmərəli şəkildə, təkmilləşdirilmiş qaydada istifadə olunmuşdur. Hazırda ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılmışdır.

Keçidlər