“Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən “Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim keçirilib. Təlimdə yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri, o cümlədən Şuşa Rayon İcra Hakimiyyət İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Ülviyyə Bağırova iştirak ediblər.
Təlim zamanı gender bərabərliyi, karyera və gender stereotipləri, işəgötürmə zamanı gender balansı ilə bağlı nəzərə alınmalı əsas məqamlar, əmək fəaliyyəti prosesində gender rollarının, normalarının və münasibətlərinin idarə olunması, iş elanlarında diskriminasiya halları barədə iştirakçılara məlumat verilib. Eyni zamanda, təlim iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.






