Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarətin təşkili ilə əlaqədar müşavirə keçirilmişdi

10 iyul 2025 | 17:06

10.07.2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşlarının iştirakı ilə Dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarətin təşkili ilə əlaqədar müşavirə keçirilmişdir.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qalib Kazımov dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açaraq bildirib ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və əməl etməlidir. Nümunəvi etik davranışın dövlət qulluqçuları üçün bir norma olaraq, onların fəaliyyətində nəzərə alınmasının ən vacib tələblərdən biri olduğunu qeyd edən Qalib Kazımov bu tədbirin əsas məqsədinin dövlət qulluqçuları üçün mühüm məsələlərdən olan etik davranış qaydaları və onlara əməl edilməsi ilə bağlı müzakirələrin aparılması olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Çıxış edənlərin hər biri qeyd edib ki, dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməlidir.
Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq tabeli birlik və müəssisələrdə etik davranış qaydalarının və prinsiplərin pozulması təhlükəsini yaradan risklərin və təhdidlərin mövcudluğu dairəsi və aradan qaldırılmasına yönəlmiş zəruri tədbirlərin görülməsi məsələləri müzakirə edilmişdir.

Keçidlər