Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarətin təşkili ilə əlaqədar müşavirə keçirilmişdir

07 avqust 2024 | 17:45

07.08.2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşlarının iştirakı ilə Dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarətin təşkili ilə əlaqədar müşavirə keçirilmişdir.

Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli, 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın icrası ilə əlaqədar ətraflı məlumat verərək dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsi, rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məsələlərinə aydınlıq gətirdi. Nümunəvi etik davranışın dövlət qulluqçuları üçün bir norma olaraq, onların fəaliyyətində nəzərə alınmasının ən vacib tələblərdən biri olduğunu qeyd edən başçının müavini bu tədbirin əsas məqsədinin dövlət qulluqçuları üçün mühüm məsələlərdən olan etik davranış qaydaları və onlara əməl edilməsi ilə bağlı müzakirələrin aparılması olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmış və bildirmişdir ki, İcra Hakimiyyəti Başçısı Aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, оnların fəaliyyətində şəffaflığın artırılması, vətəndaşların birbaşa daxili nəzarət orqanlarına müraciət imkanlarının yaradılması, daxili nəzarət orqanları tərəfindən  müraciətlərə operativ və qısa müddət ərzində  baxılması dövlət qulluqçularının əsas iş prinsiplərindən olmalıdır. Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qalib Kazımov Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununa əməl edilməsinin vacibliyini diqqətə çatdırmışdır. “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun əsas məqsədi dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılmasını, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadın yüksəldilməsidir. Qanunun bütün maddələrində dövlət qulluqçusunun xidməti fəaliyyəti dövründə vicdanlı davranışı, peşəkarlıq və fərdi məsuliyyətinin olması, mədəni davranışı, rəhbərin əmr, sərəncam və tapşırıqlarını yerinə yetirməsi, qərəzsizlik, korrupsiyaya qarşı mübarizə aparması kimi əsas qaydalar öz əksini tapmışdır. Eyni zamanda qanunda fəaliyyət göstərən dövlət qulluqçularına Dövlət orqanının rəhbərinin nəzarəti və bu qaydaları pozan işçilərə görə məsuliyyətin tətbiq edilməsi imkanlarının olmasını müəyyən edir. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq tabeli birlik və müəssisələrdə etik davranış qaydalarının və prinsiplərin pozulması təhlükəsini yaradan risklərin və təhdidlərin mövcudluğu dairəsi və aradan qaldırılmasına yönəlmiş zəruri tədbirlərin görülməsi məsələləri müzakirə edilmişdir.  

Keçidlər