Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair 2024-cü il üzrə hesabatın müzakirəsi keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.3 bəndinin icrası ilə əlaqədar 10 yanvar 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində Aparatın məsul əməkdaşlarının, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə ”Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələri” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na əsasən aparıldığı, həmçinin, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin beynəlxalq təcrübəsi, qiymətləndirmənin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsində rotasiyanın rolu barədə məlumat verilmişdir. Tədbirdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə hesabatlılığın təmin edilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılmış, təkliflər verilmiş, dövlət qulluqçularının əlavə təhsilə və təlimlərə cəlb edilməsi qərara alınmışdır.